Litva Belarusa hava məkanını pozduğu üçün etiraz ifadə edib
Dünya
166
19:47, Bu gün

Litva Belarusa hava məkanını pozduğu üçün etiraz ifadə edib

Belarusun Litvadakı səfirliyinin müvəqqəti işlər vəkili Litvanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Moderator.az xəbər verir ki, bu barədə Litva XİN məlumat yayıb.

Diplomata yanvarın 27-28-də Belarus ərazisindən Litvanın hava məkanının pozulması ilə bağlı etirazın ifadə olunduğu nota təqdim edilib.

Bildirilib ki, qaçaqmalçılıq məqsədilə hava şarlarından istifadə edilməklə törədilən pozuntular mülki aviasiya təhlükəsizliyinə təhdid yaradıb, Vilnüs Beynəlxalq Hava Limanında üç reysin dayandırılmasına, həmçinin digər beş reysin işində pozuntulara və təxminən 700 sərnişinin gecikməsinə səbəb olub.

Notada qeyd olunub ki, Belarusun Litvanın hava məkanını dəfələrlə pozması beynəlxalq hüquqa və mülki aviasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir.

Belarusun Litvadakı səfirliyinin nümayəndəsi Minskdən bu cür insidentləri dərhal dayandırmağı və hava məkanı, eləcə də, dövlət sərhədi üzrə nəzarətlə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyi tələb edib. Eyni zamanda, Litva tərəfi bildirib ki, bu cür pozuntular yenidən baş verərsə, sərhəddə hərəkətə məhdudiyyətləri bərpa edə və hava məkanını, eləcə də mülki aviasiyanı qorumaq üçün başqa tədbirlər görə bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər