Gürcüstanın sabiq səhiyyə nazirinin müavini girov qarşılığında azadlığa buraxılıb
Dünya
206
19:25, Bu gün

Gürcüstanın sabiq səhiyyə nazirinin müavini girov qarşılığında azadlığa buraxılıb

Gürcüstanın həbs edilən sabiq səhiyyə nazirinin müavini İlia Quduşauri 500 min lari girov qarşılığında azadlığa buraxılıb

Moderator.az xəbər verir ki, məhkəmə keçmiş səhiyyə nazirinin müavini İlia Quduşauri barəsində qətimkan tədbiri kimi 500 min lari məbləğində girov müəyyən edib.

Bundan əlavə, prokurorluğun vəsatəti ilə İlia Quduşaurinin şəxsiyyət vəsiqəsi və pasportu müsadirə olunacaq.

Müdafiə tərəfi və təqsirləndirilən şəxs prokurorun təqdim etdiyi vəsatətlə razılaşıb. Hakim Nana Şamatava prokurorluğun vəsatətini tam şəkildə təmin edib.

Qeyd edək ki, İlia Quduşauri Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi - vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ittiham olunur. Təqsirləndirilən şəxs irəli sürülən ittihamları etiraf edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər