22:12
7°C
Bakı
Amerikalı iş adamı İlon Mask Rusiya ordusuna görə “Starlink”i bağlamaq çağırışına cavab olaraq Polşa xarici işlər naziri Radoslav Sikorskini imbesil adlandırıb.
Moderator.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə səhifəsində yazıb.
Maskın sözlərinə görə, “Starlink” bütün Ukrayna hərbi rabitəsinin təməlidir.
Qeyd edək ki, Radoslav Sikorski Maska açıq şəkildə müraciət edərək, onu Rusiyanın Ukraynaya hücumda “Starlink”dən istifadə etməsinin qarşısını almağa çağırıb.