Kreml ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqlarının yeni raundunun vaxtını açıqladı
Dünya
179
18:58, Bu gün

Kreml ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqlarının yeni raundunun vaxtını açıqladı

Kreml fevralın 1-də Əbu-Dabidə Ukrayna münaqişəsi üzrə ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqlarının yeni raundunun keçiriləcəyini təsdiqləyib.

Moderator.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov bəyan edib.

O, detalları açıqlamayaraq qeyd edib ki, "nizamlanma üzrə təfərrüatın açıq şəkildə müzakirə olunması danışıqlara yalnız zərər vurur".

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların fevralın 1-nə planlaşdırıldığı barədə məlumat vermişdi.

Üçtərəfli danışıqların ilk raundu yanvarın 23 və 24-də Əbu-Dabidə keçirilib. Bütün tərəflər görüşü müsbət və konstruktiv adlandırıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər