İran Trampa:
Dünya
129
18:57, Bu gün

İran Trampa: "Misli görülməmiş cavab verəcəyik"

İranın BMT-dəki nümayəndəliyi ABŞ prezidenti Donald Trampın xəbərdarlığına cavab verib.

Moderator.az İran mediasına istinadən xəbər verir ki, nümayəndəlik İranın danışıqlara hazır olduğunu, lakin məcbur ediləcəyi təqdirdə özünü müdafiə edəcəyini və misli görünməmiş tərzdə cavab verəcəyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp özünün “Truth Social” hesabında İranı danışıqlara başlamayacağı təqdirdə böyük hücumla hədələyib.

"Vaxt azalır və bu vaxt çox dəyərlidir. İrana bundan əvvəl də demişdim ki, razılaşma əldə edin! Onlar bunu etmədilər və biz gecəyarısı əməliyyat keçirdik. Növbəti hücum daha pis olacaq. Bunun bir daha təkrarlanmasına icazə verməyin”, - Tramp xəbərdarlıq edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər