Trampın xüsusi elçisi İran və Misirin XİN rəhbərləri ilə telefon danışığı aparıb
Dünya
181
18:37, Bu gün

Trampın xüsusi elçisi İran və Misirin XİN rəhbərləri ilə telefon danışığı aparıb

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff İran və Misir xarici işlər nazirləri Abbas Əraqçi və Bədr Abdel Atı arasında telefon danışığı aparılıb.

Moderator.az xəbər verir ki, bu barədə IRNA agentliyi Misir Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, onlar regional hadisələr barədə fikir mübadiləsi aparıblar, regionda gərginliyin azaldılmasının vacibliyini qeyd ediblər.

"Danışıqlar zamanı Bədr Abdel Atı gərginliyin azaldılması və sülhün təmin edilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. O, həmçinin regional təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə diplomatik həll yolunun tapılmasının və davamlı siyasi razılaşmaların əldə edilməsinin zəruriliyini qeyd edib", - məlumatda bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər