19:33
6°C
Bakı
Ukrayna lideri Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya dəvət olunub.
Moderator.az xəbər verir ki, bu barədə Kreml rəsmisi Yuri Uşakov yerli mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, Zelenski həqiqətən belə bir görüşə hazırdırsa, Ukrayna liderinin Moskvada olacağı gözlənilir.
"Biz onun təhlükəsizliyinə və lazımi iş şəraitinə zəmanət verəcəyik", - deyə Uşakov bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ lideri Donald Tramp Rusiyaya Putin və Zelenski arasında görüş ehtimalını nəzərdən keçirməyi təklif edib.