İsveçrənin Kran-Montana şəhərindəki "Le Constellation" gecə klubunun sahibləri hakim qarşısına çıxıblar.
Moderator.az "Le Parisien" qəzetinə istinadən xəbər verir ki, 49 yaşlı Jak Moretti və həyat yoldaşı, 40 yaşlı Cessika Moretti 40 nəfərin öldüyü dəhşətli yanğına hadisə zamanı həlak olan ofisiantın səbəb olduğunu iddia ediblər.
"Motosiklet dəbilqəsi geyinən 24 yaşlı ofisiant Siane Panini əlində "sehrli fəvvarələr" kimi tanınan pirotexniki şamlar olan iki şüşə şampan tutaraq, həmkarının çiyinlərinə çıxdı.
İşçiyə bunu etməməyi demədim, ona heç bir təhlükəsizlik təlimatı vermədim. Biz heç bir təhlükə görmədik. Siane bundan zövq alırdı. Bu, bir şou idi, o çıxış etməyi sevirdi. Gənc ofisiant butulkaları yandırmağı çox sevirdi və bunu öz iradəsi ilə edirdi. Əgər ən kiçik bir risk olduğunu düşünsəydim, bunu ona qadağan edərdim. Gecə klubunu idarə etdiyim 10 il ərzində heç vaxt bunun təhlükəli ola biləcəyini düşünməmişdim", - deyə Cessika Moretti məhkəmədə bildirib.
Lakin ölən ofisiantın ailəsi bildirib ki, qızları həmin gecə şouda işləməli deyildi, onu restorandan gecə klubuna göndəriblər.
Mərhumun ailəsi iddia edir ki, obyekt sahibləri ona birinci mərtəbədə qalmağı, qonaqları qarşılamağı və onları adambaşına 1 240 dollara ayrılmış masalara yönləndirməyi tapşırıblar.
Ofisiant ailəsinə fasiləsiz işləməyə məcbur edilməsindən və həm fiziki, həm də zehni olaraq yorulduğundan şikayət edib.
Sağ qalan şahidlər və ofisiantın ailəsi həmin gecə əyləncədə Cessika Morettinin ofisianta şəxsən butulka və dəbilqədən istifadə edərək, fənd etməyi tapşırdığını bildiriblər.