19:04
6°C
Bakı
Rusiya ordusunun Suriyadakı mövcudluğu mövzusu Rusiya Prezidenti Vladimir Putin və Suriyanın keçid hökumətinin rəhbəri Əhməd əş-Şaraa arasında bu gün keçiriləcək danışıqlarda qaldırılacaq.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.
"Şübhəsiz ki, Suriyada hərbçilərimizin mövcudluğu ilə bağlı bütün məsələlər bugünkü danışıqlar zamanı müzakirə olunacaq", - deyə Kreml rəsmisi bildirib.
Qeyd edək ki, Suriya lideri Rusiyada səfərdədir.