Rusiya Dövlət Dumasında foto çəkmək qadağan edilib
Dünya
166
16:54, Bu gün

Rusiya Dövlət Dumasında foto çəkmək qadağan edilib

Rusiya Dövlət Dumasında foto çəkmək qadağan edilib.

Moderator.az xəbər verir ki, bu barədə Dumanın spikeri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, Dövlət Duması fotoqrafların psixikasını qorumaq üçün fotoçəkilişi qadağan edib.

"Kimsə əsnəyib və ya bir şeyə toxunub və sonra siz həmin anı çəkmisiniz. Bütün gününüzü bu anlar üzərində qurursunuz. Bu nəyə gətirib çıxaracaq? Ciddi zehni problemlərə", - Dumanın sədri vurğulayıb.

O, iclas zalında videoçəkilişin hələ də aparıldığını və canlı yayımların qadağan edilməsi planının olmadığını söyləyib.

Volodin qeyd edib ki, palatanın işi ən vacib şeydir və "televiziya və fotoqraflar ikinci dərəcəlidir".

Qeyd edək ki, Dumanın iclaslarında fotoçəkilişinə qadağa 21 yanvarda tətbiq edilib. Bundan bir gün əvvəl Volodin fotoqrafları "deputatları pis vəziyyətdə göstərməyə" çalışdıqlarına görə tənqid edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər