KİV: Çin Rusiyaya “Oreşnik” raketlərinin istehsalı üçün vacib avadanlıq tədarük edir
Dünya
120
16:30, Bu gün

KİV: Çin Rusiyaya “Oreşnik” raketlərinin istehsalı üçün vacib avadanlıq tədarük edir

Çinin Rusiyaya göndərdiyi avadanlıq və komponentlər olmadan Moskva “Oreşnik” raketlərinin istehsalını artırmaq imkanına malik olmazdı.

Moderator.az xəbər verir ki, bu haqda “The Telegraph” nəşri məlumat yayıb.

Məqalədə bildirilir ki, raketin istehsalında əsas rolu Çinin rəqəmsal proqramla idarə olunan CNC dəzgahları oynayır. Bu avadanlıqlar metalın yonulması və kəsilməsi üçün istifadə olunur, onlar xüsusilə “Oreşnik”, “İskəndər-M” və “Topol-M” raketlərinin istehsal edildiyi Votkinsk zavodunda aşkar edilib.

Bundan başqa, Pekinin Rusiyaya milyardlarla dollar dəyərində mikroçiplər, radar və radioelektron mübarizə (REM) sistemləri üçün komponentlər, optik cihazlar və ölçmə avadanlıqları göndərdiyi qeyd olunur.

Analitiklərin fikrincə, Çin texnologiyalarına və bazarına çıxış Rusiyaya sanksiyalardan yayınmağa və hərbi istehsalı artırmağa imkan verir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər