Moskvada erməni ailəsində səs-küylü qətl: Atalarını öldürməkdə ittiham olunan Xaçaturyan bacılarının işi yenidən qaldırıldı
Dünya
222
16:00, Bu gün

Moskvada erməni ailəsində səs-küylü qətl: Atalarını öldürməkdə ittiham olunan Xaçaturyan bacılarının işi yenidən qaldırıldı

Rusiya İstintaq Komitəsi atalarını öldürməkdə ittiham olunan Xaçaturyan bacıları barəsində cinayət işini yenidən qaldırıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə bacılardan birinin vəkili Aleksey Parşin TASS-a məlumat verib.

"İş rəsmi olaraq yenidən qaldırılıb. Lakin nə müdafiə, nə də istintaqın özü hələlik Moskva Şəhər Məhkəməsinin uşaqlarına qarşı zorakılıqda ittiham olunan Xaçaturyanın özünə qarşı qərarının yekun mətnini əlinə almayıb. Bu mətni əldə edən kimi Xaçaturyan bacılarının işinə xitam verilməsi barədə vəsatət qaldıracağıq, zəruri müdafiə vəziyyətində hərəkət ediblər", - deyə müdafiəçi bildirib.

O, vurğulayıb ki, bu fakt Moskva Butırski Məhkəməsinin Xaçaturyana ölümündən sonra verdiyi hökmlə təsdiqlənir.

Parşin əlavə edib ki, bacıların özlərinə müəyyən fəaliyyətlər qadağan edilib.

"Onlara bir-biri ilə, mətbuatla və iş üzrə şahidlərlə ünsiyyət qurmaq qadağandır", - deyə o qeyd edib.

Xatırladaq ki, Mixail Xaçaturyan 2018-ci il iyulun 27-də qətlə yetirilib. Üç qızı ona bıçaq və çəkiclə dəfələrlə zərbə endiriblər. İstintaq qızların hərəkətlərini bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılmış şəkildə törədilmiş qətl kimi təsnif edib. Kiçik bacı ilə bağlı materiallar əsas işdən çıxarılıb, çünki cinayət zamanı onun şüurunun yerində olmadığı qəbul edilib.

2020-ci ilin fevralında istintaq Xaçaturyanın ölümü ilə əlaqədar ona qarşı cinayət işi açmaqdan imtina edən qərar qəbul edib. Dekabrın 4-də Moskvanın Basmannı Məhkəməsi müstəntiqin bu qərarı çıxarılmasındakı hərəkətlərini qanunsuz hesab edib.

İstintaq materiallarından məlum olduğu kimi, 2014-cü ilin noyabr ayından və analarının yoxluğunda birlikdə olduqları bütün müddət ərzində, o cümlədən öz ölüm günündə Xaçaturyan qızlarına qarşı zorakı hərəkətlər edib, sistematik olaraq onları vurub və alçaldıb, fiziki zorakılıqla hədələyib və özü ilə cinsi xarakterli hərəkətlərə məcbur edib, nəticədə qızlarında qəddar rəftar və posttravmatik stres pozuntusu sindromu yaranıb.

Butırski Məhkəməsi onu uşaqlarına ağır bədən xəsarəti yetirməkdə və bir neçə cinsi xarakterli zorakılıq hərəkətlərində təqsirli bilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər