Sülh Şurasında təsisçi ölkələrin siyahısı genişləndi
Dünya
276
11:53, Bu gün

Sülh Şurasında təsisçi ölkələrin siyahısı genişləndi

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası iştiraklarını təsdiqləyən ilk təsisçi ölkələrin siyahısını açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Sülh Şurasının sosial şəbəkə hesabında məlumat verilib.
 
Qeyd olunur ki, daha yeddi təsisçi dövlətin şurada iştirakı təsdiqlənib.
 
Məlumata görə, Davos forumu çərçivəsində şuranın nizamnaməsi rəsmi olaraq beynəlxalq səviyyədə tanınan 18 dövlət - Azərbaycan, Argentina, Ermənistan, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Qətər, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Paraqvay, Səudiyyə Ərəbistanı, Türkiyə və Özbəkistan tərəfindən imzalanıb.
 
Təsisçi ölkələrin yenilənmiş siyahısına rəsmi olaraq Belarus, Albaniya, Kamboca, Misir, El Salvador, İordaniya və Küveyt daxildir.
 
Donald Tramp yanvarın 16-da Qəzza zolağı üzrə Sülh Şurasının yaradılacağını elan edib. Şuranın yaradılması Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə birlikdə Trampın sülh planının bir hissəsidir. Növbəti gün Ağ Ev şuranın tərkibini açıqlayıb. Buraya, ABŞ-nin Dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner də daxil ediliblər. İcraiyyə şurasının hər bir üzvü Qəzzada vəziyyətin sabitləşdirilməsi üçün müəyyən bir istiqamətə rəhbərlik edəcək. Bu istiqamətlərə idarəetmə potensialının gücləndirilməsi, regional əlaqələr, bərpa, investisiyaların cəlb edilməsi, genişmiqyaslı maliyyələşdirmə və kapitalın səfərbər edilməsi də daxildir.
 
Yanvarın 22-də İsveçrənin Davos şəhərində Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi keçirilib. Sənəd Vaşinqtonun təşəbbüsünü dəstəkləyən dövlətlərin liderləri və nümayəndə heyətləri ilə birgə təsdiq edilib. Sülh Şurasının təkcə Qəzzadakı vəziyyətin sabitləşdirilməsi ilə deyil, həm də digər regionlarda münaqişələrin qarşısının alınması və həlli ilə məşğul olacağı güman edilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər