Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-də tüğyan edən güclü qar fırtınası nəticəsində azı 50 nəfər ölüb.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi şaxtalı hava şəraitindən zərər çəkmiş ştatların hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Uçuşların izlənməsi və məlumatlarının emalı ilə məşğul olan "FlightAware" şirkəti bazar ertəsi təxminən 6 300, çərşənbə axşamı 2 500 reysin ləğv edildiyini, çərşənbə günü isə daha 500 reysin ləğvinin gözlənildiyini bildirib.
"PowerOutage" monitorinq resursu qeyd edib ki, işıqsız qalan istehlakçıların sayı 401 minə qədər azalıb. Onların əksəriyyəti Tennessi (139 259) və Missisipi (125 434) ştatlarında yaşayır.