Dünya
603
27 Jan 2026 | 23:40

"Avropada ABŞ-da keçiriləcək futbol üzrə Dünya Çempionatını boykot etmək çağırışları artır" - "Vesty"

"Avropa ölkələri Trampın Qrenlandiya planına etiraz edir və futbol üzrə Dünya Kubokunda iştirakın dayandırılmasını müzakirə edir..."

Avropada 2026-cı il futbol üzrə Dünya Çempionatının ABŞ, Meksika və Kanadada keçiriləcəyinə bir neçə ay qalmış boykot çağırışları getdikcə artır.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

Avropada narazılıq və boykot çağırışları

Nəşr yazır ki, bu yolla avropalılar Donald  Trampın siyasətinə etirazlarını bildirir. ABŞ prezidenti turniri "öz layihəsi" kimi təqdim edir. Fransanın "Le Monde", Britaniyanın "The Guardian" və ABŞ-ın "Forbes Sport" nəşrlərinə görə, bəzi yüksək vəzifəli şəxslər boykotu açıq tələb edir və belə bir ssenari artıq mümkünsüz görünmür.

FİFA-nın keçmiş prezidenti Yozeff Blatter də boykotu dəstəkləyib: "Əgər ölkə beynəlxalq səviyyədə təcrid olunubsa, ona Dünya Çempionatını keçirmək icazəsi verilməməlidir. ABŞ həmçinin çox aqressiv beynəlxalq oyunçudur və qaydaları pozur. ABŞ açıq deyir: "Biz beynəlxalq hüquqa əhəmiyyət vermirik".

Avropa dövlətlərinin müzakirələri və təhdidlər

Keçən həftə Budapeştdə Avropanın 20 futbol assosiasiyasının rəhbərləri boykot məsələsini müzakirə ediblər. Danışıqlarda Trampın Qrenlandiyanı ələ keçirmək cəhdlərinə qarşı tədbirlər və Daniya, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiya üçün sanksiyaların tətbiqi məsələsi qaldırılıb.

Əksər ölkələr artıq Çempionatda iştirak hüququnu təmin edib. İndi əsas sual budur: ABŞ liderinə qarşı boykot elan etmək üçün kifayət qədər əsas var, yoxsa yox, və azarkeşləri futbol bayramından məhrum etmək doğru olacaqmı? Almaniyalı siyasətçi Yürgen Hardt ölkəsinin iştirak etməməli olduğunu bildirərək bunu "son çarə" adlandırıb və Trampı "ayıltmaq" məqsədilə olduğunu vurğulayıb. 

Fransız siyasətçi Erik Kokerel isə Trampın Qrenlandiya ilə bağlı təhdidləri həyata keçirsə, Fransa üçün çempionatda oynamağın mümkün olmadığını deyib. İngiltərəli jurnalist Pirs Morqan isə təşəbbüsü dəstəkləyərək qeyd edib ki, "8 favoritdən 10-u iştirakdan imtina etsə, bu düşündürər". Hollandiya artıq boykot üçün petisiya yayıb, 130 mindən çox insan imza atıb.

Boykotun turnirə təsiri və FİFA-nın mövqeyi

FİFA daxilində də daha sərt mövqe tutmaq və çempionatı başqa yerə köçürmək çağırışları eşidilir. Avropanın 48 komandadan 1/3-nin iştirakını təmin etdiyi 2026-cı ilin Dünya Çempionatında (ABŞ-da 104 oyundan 78-i keçiriləcək) mümkün boykot turnirə marağı əhəmiyyətli dərəcədə azalda bilər.

Bu isə Donald Trampın böyük ümid bəslədiyi layihəyə təsir göstərəcək. Lakin hələlik boykot çağırışlarının reallaşacağına ümid etmək çətindir, çünki siyasi və idman dairələrində müzakirələr davam edir və qərarlar hələ dəqiqləşməyib.

Link kopyalandı!
Son xəbərlər