Nigeriya prezidenti Türkiyədə yıxıldı - VİDEO
Dünya
569
27 Jan 2026 | 22:50

Nigeriya prezidenti Türkiyədə yıxıldı - VİDEO

Türkiyədə rəsmi səfərdə olan Nigeriya Prezidenti Bola Tinubu Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirilən görüş zamanı xalçaya ilişərək yıxılıb.

Moderator.az xəbər verir ki, insident rəsmi qarşılanma mərasimində baş verib. Bildirilib ki, Nigeriya prezidentinin səhhətində hər hansı ciddi problem yaranmayıb və dərhal ayağa qalxaraq tədbiri davam etdirib.

Rəsmi mənbələrin məlumatına görə, hadisə prezidentin sağlamlığına təsir göstərməyib və Nigeriya liderinin Türkiyəyə səfəri planlaşdırıldığı kimi davam etdirilib.

Link kopyalandı!
Son xəbərlər