Rusiya və Ukrayna arasında keçid məntəqəsi yaradılsın - Təklif
Dünya
247
27 Jan 2026 | 22:10

Rusiya və Ukrayna arasında keçid məntəqəsi yaradılsın - Təklif

Ukraynada qalan rusiyalıların qayıtması üçün sərhəddə keçid məntəqəsi yaradıla bilər.

Moderator.az xəbər verir ki, bu təkliflə Rusiya ombudsmanı Tatyana Moskalkova çıxış edib.

O bildirib ki, ölkə vətəndaşlarının bəzilərinin xarici pasportlarının istifadə müddəti bitdiyindən onlar Ukraynanı tərk edə bilmirlər:

“Ailəsini və dostlarını ziyarət etmək istəyən, lakin artıq başqa ölkələrdən qanuni şəkildə keçmək üçün sənədləri olmayan Rusiya vətəndaşları üçün vahid yoxlama məntəqəsinin açılmasını müzakirə etməliyik".

Link kopyalandı!
Son xəbərlər