İran etirazlarında qətlə yetirilənlərin sayı 23 mini keçdi
Dünya
145
22:05, Bu gün

İran etirazlarında qətlə yetirilənlərin sayı 23 mini keçdi

İranda etirazlar zamanı təsdiqlənmiş qurbanların sayı 6126-ya çatıb. Bunlardan 5777-si etirazçı, 86-sı 18 yaşdan kiçik yetkinlik yaşına çatmayan, 214-ü təhlükəsizlik qüvvələri əməkdaşı, 49-u isə etirazçı olmayan və ya mülki şəxsdir.

Moderator.az xəbər verir ki, bu barədə İran insan haqları təşkilatı HRANA məlumat yayıb.

Bildirilib ki, 17.091 nəfərin ölüm faktının araşdırılması və onların şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir.

Həbs olunanların ümumi sayı 41.880 nəfərə, ağır yaralananların sayı 11.009 nəfərə çatıb.

Təhlükəsizlik qüvvələrinə çağırılanların sayı 11.024 nəfərdir. 31 ştatın 200 şəhərində etirazlarla bağlı ümumilikdə 651 hadisə qeydə alınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər