Türkiyə və Nigeriya prezidentləri Afrikada təhlükəsizlik məsələlərini müzakirə ediblər
Dünya
119
21:30, Bu gün

Türkiyə və Nigeriya prezidentləri Afrikada təhlükəsizlik məsələlərini müzakirə ediblər

Nigeriyanın ətrafında sabitlik yoxdur, bu səbəbdən Türkiyə Prezidenti ilə terrorla mübarizə məsələsinə diqqət ayırdıq.

Moderator.az xəbər verir ki, bunu Nigeriya Prezidenti Bola Əhməd Tinibu Ankaraya səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

"Qitədə sülh və təhlükəsizlik məsələləri müzakirə edilib. Somali ilə bağlı dediklərinizi qeyd etmişik və bu mövzuda – demokratiya, rifah məsələlərini Nigeriya diqqətdə saxlayır", - Tinibu deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışında Afrika sahillərindəki terror qruplaşmalarının bütün qitəyə təhdid yaratdığını və bu problemlə mübarizədə Nigeriyaya kömək edəcəklərini vurğulayıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər