Gürcüstanın XİN rəhbəri Çin səfiri ilə Orta Dəhlizin inkişafını müzakirə edib
Dünya
120
21:25, Bu gün

Gürcüstanın XİN rəhbəri Çin səfiri ilə Orta Dəhlizin inkişafını müzakirə edib

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Çinin bu ölkədəki səfiri Zhou Qianla görüş keçirib.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın geniş spektri müzakirə olunub. Tərəflər Gürcüstanla Çin arasında strateji tərəfdaşlıq çərçivəsində münasibətlərin müsbət dinamikasını, eləcə də ticari-iqtisadi, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Müzakirələr zamanı Orta Dəhlizin əhəmiyyəti qeyd edilib və onun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Hüquqi bazanın təkmilləşdirilməsi üçün iki ölkə arasında əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər Gürcüstan və Çin arasında strateji tərəfdaşlığın inkişafına hazır olduqlarını bir daha təsdiqləyiblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər