Suriyanın Ayn əl-Ərəb bölgəsindəki humanitar dəhliz maneəsiz fəaliyyət göstərir.
Moderator.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu Hələb vilayət administrasiyasını ziyarətində deyib.
Jurnalistlərin suallarını cavablandıran Kürşat Zorlu bildirib ki, Suriyanın bütövlüyü, birliyi və qarşıdakı dövrdə yenidən inşası Türkiyə üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, terrorsuz Türkiyə üçün region da təhlükəsiz olmalıdır.
"Bu səbəbdən terrorsuz Türkiyə, terrorsuz bölgə hədəfimiz Suriyadakı hadisələrdən ayrı düşünülə bilməz. Terror təşkilatının bütün təxribatlarına baxmayaraq, Dəməşq rəhbərliyinin bu məsələdə atdığı addımların qarşıdakı günlərdə nəticə verəcəyini düşünürük", - AKP sədr müavini deyib.
Onun sözlərinə görə, hazırda insanlar dəhliz vasitəsilə təhlükəsiz bölgələrə köçürülür.