Dünya
944
20:50, Bu gün

"ABŞ Yaxın Şərqdə hərbi manevrlərə başlayıb: İran ətrafında gərginlik artır" - "Vesty"

"Hava təlimləri, aviadaşıyıcı və "armada" ritorikası fonunda Vaşinqton Tehrana açıq siqnal göndərir..."

ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdə genişmiqyaslı hava təlimlərinə start verib. Təlimlər regionda gərginliyin pik həddə çatdığı və ABŞ-ın hava-dəniz qüvvələrinin görünməmiş səviyyədə cəmləşdiyi vaxta təsadüf edir. 

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" məlumat yayıb.

CENTCOM bildirir ki, məqsəd döyüş aviasiyasının sürətli yerləşdirilməsi, vasitə və şəxsi heyətin paylanması, eləcə də mümkün böhranlara operativ reaksiya qabiliyyətini yoxlamaqdır. Komandanlığın aviasiya qüvvələrinin rəhbəri Derek Frans bildirib: "Bizim pilotlar mürəkkəb şəraitdə belə təhlükəsiz, dəqiq və tərəfdaşlarla qarşılıqlı şəkildə fəaliyyət göstərə bilirlər".

"Armadа" mesajı və İrana açıq siqnallar

Təlimlər fonunda ABŞ-ın "Avraam Linkoln" aviadaşıyıcısı bir neçə esminesin müşayiəti ilə Yaxın Şərqə çatıb. "Reuters"-in məlumatına görə, bu addım Donald Trampın yaxın vaxtlarda İrana qarşı hərbi qərar verə biləcəyi ehtimalları fonunda atılıb. 

Esmineslərin 1500-2500 km mənzilli "Tomahawk" qanadlı raketləri ilə təchiz olunması İran ərazisinin dərinliklərindəki hədəfləri vurmaq imkanını təmin edir. ABŞ prezidenti daha əvvəl ölkəsinin İrana doğru irəliləyən "armadası" olduğunu desə də, onu istifadə etməyə ümid etmədiyini vurğulayıb və diplomatiyanın üstün variant olduğunu bildirib: "Tehran danışıqlar istəyir".

Tehranın cavabı və regionda narahatlıq

İran mümkün hərbi zərbəni "tammiqyaslı müharibə" kimi qiymətləndirəcəyini bəyan edib. Tehranda ABŞ aviadaşıyıcısının vurulmasını əks etdirən plakatların nümayişi, eləcə də Press TV-də "Şahid Baqeri" dron daşıyıcısının görüntülərinin yayılması açıq mesaj kimi dəyərləndirilir.

Paralel olaraq, Türkiyə vəziyyəti diqqətlə izləyir. "Middle East Eye"yazır ki, İran rejiminin çökməsi halında mümkün miqrasiya dalğasından ehtiyat edirlər və sərhəd boyunca bufer zona yaradılması planları müzakirə olunur. Regiondakı gərginlik artdıqca əsas sual açıq qalır: bu manevrlər yalnız təlimlərlə məhdudlaşacaq, yoxsa daha sərt ssenarilərin başlanğıcı olacaq?

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər