BMT Somali üçün 852 milyon dollarlıq humanitar yardım planı hazırlayıb
Dünya
113
20:37, Bu gün

BMT Somali üçün 852 milyon dollarlıq humanitar yardım planı hazırlayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Somali üçün 852 milyon dollarlıq humanitar yardım planı hazırlayıb.

Moderator.az xəbər verir ki, bu barədə qurumun baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik məlumat verib.

Onun sözlərinə görə, tələb olunan yardımın həcmi 2025-ci il hədəfindən 40% azdır. Ümumilikdə dəstəyin 2,4 milyon insana çatacağı gözlənilir.

Dujarrik maliyyələşdirmənin azalmasının humanitar ehtiyacların azalması ilə deyil, məhdud resurslarla bağlı olduğunu bildirib. Bununla da humanitar yardıma ehtiyacı olanların yarısından azı 2026-cı il planı çərçivəsində onu ala biləcək.

Keçən il planın yalnız 27%-i maliyyələşdirilib və Somaliyə tələb olunan 1,4 milyard dollardan 397 milyon dolları humanitar yardım üçün ayrılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər