Bütün Nigeriya son beş gündə ikinci dəfə işıqsız qalıb
Dünya
132
19:30, Bu gün

Bütün Nigeriya son beş gündə ikinci dəfə işıqsız qalıb

Son beş gün ərzində milli enerji şəbəkəsinin ikinci dəfə çökməsi səbəbindən bütün Nigeriya qaranlığa qərq olub.

Moderato.arz "The Guardian" qəzetinə istinadən xəbər verir ki, federal paytaxt ərazisi, o cümlədən paytaxt Abuca işıqsız qalıb.

Afrikanın ən sıx məskunlaşmış ölkəsinin enerji şəbəkələrinin işinə nəzarət etmək üçün dövlət tərəfindən səlahiyyətləndirilmiş qurum - Nigeriya Müstəqil Sistem Operatorunun məlumatına görə, elektrik enerjisi istehsalı 4 min mVt-dan 219 mVt-a qədər düşüb.

Sənaye müəssisələri, şirkət ofisləri və yaşayış binaları generatorlara və günəş panellərinə keçməyə məcbur olublar.

Nigeriya sonuncu dəfə analoji kollapsı yanvarın 23-də yaşamışdı.

Təmir xidmətləri hadisənin səbəblərini müəyyənləşdirmək üçün elektrik ötürücü xətlərində araşdırmalar aparırlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər