21:17
3°C
Bakı
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ətrafında vəziyyətin "yaxşı inkişaf etdiyini" bildirib.
Moderator.az xəbər verir ki, o bu barədə "Sid & Friends" radio şousuna verdiyi müsahibədə deyib.
"Qrenlandiya ilə bağlı vəziyyət həqiqətən də yaxşı inkişaf edir", - deyə o qeyd edib.
Tramp həmçinin beynəlxalq münaqişələr mövzusuna toxunaraq, Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına ümidvar olduğunu bildirib: "Səkkiz münaqişəyə son qoyduq və daha birinin həlli yaxınlaşır".