20:48
2°C
Bakı
İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə "Antara" agentliyi İndoneziyanın Fəlakətlərin idarə edilməsi üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.
Onlardan 30 nəfərin şəxsiyyəti artıq müəyyən edilib. Qalan 18 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi hələ də davam edir.
Axtarış işlərini sürətləndirmək üçün hakimiyyət xilasetmə itlərindən də istifadə edir.