Yunanıstandan Fransaya gedən avtobus Rumıniyada qəzaya düşüb
Dünya
233
18:17, Bu gün

Yunanıstandan Fransaya gedən avtobus Rumıniyada qəzaya düşüb

Rumıniyada yol qəzası nəticəsində 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Moderator.az xəbər verir ki, bu barədə “HotNews” portalı məlumat yayıb.

Məlumata görə, Yunanıstandan Fransaya gedən avtobus Rumıniyanın Timiş vilayətində, Lucojel yaşayış məntəqəsi yaxınlığında qəzaya düşüb. İlkin məlumatlara əsasən, avtobus ötmə manevri zamanı qarşı zolaqda hərəkət edən yük avtomobili ilə toqquşub.

Rumıniya mətbuatı bildirir ki, avtobusda olan sərnişinlər Yunanıstan vətəndaşları olub. Qəza nəticəsində avtobusun sürücüsü və altı sərnişin ölüb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər