21:14
2°C
Bakı
Ukrayna 2027-ci ildə Avropa Birliyinə qoşulmağı gözləyir.
Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ukraynanın 2027-ci ildə Avropa Birliyinə qoşulması təkcə bizim dövlətimiz üçün deyil, həm də bütün Avropa üçün əsas təhlükəsizlik təminatlarından biridir. Rusiya hər gün Ukraynanın enerji sektoruna hücum edir, insanları işıqsız və istiliksiz qoymağa çalışır”, - o bildirib.