Pakistanda baş verən yanğında ölənlərin sayı 70 nəfəri keçib
Dünya
253
17:27, Bu gün

Pakistanda baş verən yanğında ölənlərin sayı 70 nəfəri keçib

Pakistanın cənubundakı Kəraçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzində baş verən yanğından sonra aparılan 10 günlük axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Moderator.az "Geo" telekanalına istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları faciə nəticəsində 73 nəfərin həlak olduğunu bəyan ediblər.

Məlumata görə, indiyə qədər qurbanlardan 23-nün şəxsiyyəti müəyyənləşib.

Yanğın qurbanlarının ailələrinə təxminən 35 min 700 dollar məbləğində ödəniş olunacaq.

Mütəxəssislər qrupu binanın salamat qalmış hissələrinin vəziyyətini qiymətləndirəcək.

Yanğının dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertləri ərazidə işləyirlər.

Xatırladaq ki, yanvarın 17-də əhalinin sıx məskunlaşdığı ərazidə yerləşən ticarət mərkəzinin birinci mərtəbəsində yanğın baş verib. Yanğını üç gün sonra tam söndürmək mümkün olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər