Ukraynada qətldə şübhəli bilinən kişi 4 polisi güllələyərək öldürüb
Dünya
109
16:48, Bu gün

Ukraynada qətldə şübhəli bilinən kişi 4 polisi güllələyərək öldürüb

Ukraynanın Çerkası vilayətində bu gün qətldə şübhəli bilinən şəxsin saxlanılması zamanı Ukrayna Milli Polisinin dörd əməkdaşı atışmada ölüb.

Moderator.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Milli Polisi rəhbəri İvan Vıqovskinə istinadən məlumat yayıb.

Məlumata görə, şübhəli şəxs hüquq mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərib.

“Qətl törətməkdə şübhəli bilinərək axtarışda olan şəxs saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı atəş açıb. Qatil polis xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilib”, – Vıqovski bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər