Şimali Koreya
Dünya
197
08:58, Bu gün

Şimali Koreya "yer üzündə cənnət" vədinə görə təzminat ödəməlidir

Yaponiya məhkəməsi Şimali Koreyanı "yer üzündəki cənnət"də yaşamaq barədə yalan vədlərlə dörd nəfəri ölkəyə cəlb etməsinə görə təqsirkar hesab edib.
 
Moderator.az xəbər verir ki, məlumatı "The Independent" yayıb.
 
Məhkəmə Şimali Koreyanı dörd şəxsin hüquqlarını pozmaqda günahkar sayıb və ölkənin həmin şəxslərdən hər birinə 22 milyon yen (təxminən 143 000 dollar) ödəməli olması barədə hökm çıxarıb.
 
Bu qərar iddiaçılar tərəfindən inqilabi addım kimi qiymətləndirilib. Onların vəkili Kenci Fukuda bildirib ki, Şimali Koreyada insan haqlarının pozulmasını tanıyan məhkəmə qərarının çıxarılması çox əhəmiyyətlidir.
 
Lakin o, əlavə edib ki, bu, sadəcə bir kağız parçasıdır və kompensasiyanı almaq asan məsələ deyil. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər