Əraqçi ilə Şri-Lankanın XİN rəhbəri arasında telefon danışığı olub
Dünya
239
26 Jan 2026 | 23:47

Əraqçi ilə Şri-Lankanın XİN rəhbəri arasında telefon danışığı olub

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Şri-Lankanın xarici işlər naziri Vijita Hert arasında telefon danışığı olub.

Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Söhbət zamanı İranda baş verən son etirazlar müzakirə edilib. Abbas Əraqçi İrana qarşı insan haqları qətnaməsini dəstəkləmədikləri üçün Şri-Lankanın xarici işlər naziri Vijita Hertə təşəkkür edib.

Şri-Lankanın xarici işlər naziri də Birləşmiş Ştatların müstəqil ölkələrə qarşı davranış modelindən söz açıb və vurğulayıb ki, Şri-Lanka xarici müdaxilələrə baxmayaraq, İran ilə münasibətlərinin davam etdirilməsinə və gücləndirilməsinə sadiq qalacaq.

Tərəflər həmçinin iki ölkə arasındakı münasibətlərin gücləndirilməsi üçün birgə səyləri artırmaq, iqtisadi və ticarət sahələrində ikitərəfli əməkdaşlığı davam etdirmək və genişləndirmək, eləcə də beynəlxalq təşkilatlarda sıx məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.

Link kopyalandı!
Son xəbərlər