Zelenski Ukraynada hərbi vəziyyətin uzadılması barədə qanunu imzalayıb
Dünya
315
26 Jan 2026 | 23:40

Zelenski Ukraynada hərbi vəziyyətin uzadılması barədə qanunu imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərliyin 3 fevraldan etibarən 90 gün müddətinə, yəni mayın 4-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının rəsmi saytında məlumat dərc olunub.

Qanunlar parlament tərəfindən yanvarın 14-də qəbul edilib.

Link kopyalandı!
Son xəbərlər