Dünya
286
26 Jan 2026 | 22:50

"Atalar və övladlar: ailə bağları niyə qırılır və bunu düzəltmək mümkündürmü?" - BBC

"Bir-birindən uzaqlaşma və qırılan bağların yenidən toxunma ümidləri..."

Sara 21 yaşına çatandan sonra anası ilə əlaqəni tam kəsib. Anasının soyuqluğu, özünə bağlılığı və onun həyatına maraqsızlığı, həmçinin atasının bəzən sərt və qəddar davranışları onu çox incidib.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşribdə dərc edilən məqalıdə deyilir.

Nəşr qeyd edir ki, iki-üç il əlaqə saxlamayan Sara xaricə köçməzdən əvvəl valideynləri ilə yenidən əlaqə qurub, amma onlarda peşmançılıq hissinin olma dığını görüb.

Uzaqlıq ailələrdə geniş yayılıb

Araşdırmalar göstərir ki, ailə üzvləri ilə əlaqənin kəsilməsinə getdikcə daha çox rast gəlinir. 2022-ci ildə ABŞ-da aparılmış sorğu göstərib ki, respondentlərin 26 faizi ataları, 6 faizi anaları ilə uzunmüddətli ayrılıq yaşayıb. Almaniyada isə respondentlərin 9 faizi anaları, 20 faizi ataları ilə uzunmüddətli qırılma dövrünü yaşayıb.

Niyə əlaqələr qırılır?

Sosioloq Karl Pillemer və kliniki psixoloq Coşua Koulman bildirirlər ki, fərdilik mədəniyyəti, sosial media və psixoterapiya ailə əlaqələrinə təsir edir. İnsanlar "toksik" hesab etdikləri insanlarla əlaqəni kəsməyə daha çox meyllidir. Uzaqlaşma həmişə mənfi deyil: uşaqlıqda zorakılıq yaşamış insanlar üçün bəzən bu addım vacibdir. 

Araşdırmalar göstərir ki, ailədə yığılan kiçik, mənfi qarşılıqlı münasibətlər, valideynlərin sərtliyi və ya uşağın identikliyi və seksuallığının qəbul olunmaması qırılmanın səbəbi ola bilər. Britaniyada aparılan sorğuda respondentlərin əksəriyyəti emosional zorakılığı uzaqlaşmanın əsas səbəbi kimi göstərib.

Barışıq və məsuliyyət

Yetkin yaşda valideynlərlə münasibət dostluq xarakteri daşımalıdır. Uşaqlıq xatirələri və emosional travmalar münasibətləri mürəkkəbləşdirir, bəzən uzaqlaşma daxili ikiliyi aradan qaldırır. Sorğular göstərir ki, yetkin uşaqların çoxu əlaqəni kəsdikdən sonra daha xoşbəxt olur, amma valideynlər üçün bu dərin emosional ağrı deməkdir. 

Mütəxəssislər məsləhət görür ki, əvvəlcə qismən uzaqlaşmaq, bir müddət sonra yenidən əlaqə yaratmaq barışığı asanlaşdıra bilər. Valideynlər uşaqlarının mükəmməl həyatını təmin etməli deyil, uşaqlar isə ömürlük təşəkkür etməyə borclu deyil. Əsas olan empatiya, özünü təhlil və qarşı tərəfi dinləməyə hazır olmaqdır.

Link kopyalandı!
Son xəbərlər