Polşadan Kiyevə 130 generator çatdırılıb
Dünya
177
26 Jan 2026 | 22:49

Polşadan Kiyevə 130 generator çatdırılıb

Kiyevə Polşadan 130 ədəd generator çatdırılıb.

Moderator.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko "Telegram" kanalında məlumat yayıb.

Merin sözlərinə görə, Polşadan gətirilən müxtəlif gücə malik 130 generator Ukraynada və paytaxt Kiyevdə yaşanan enerji böhranı şəraitində şəhərin kritik obyektlərinin və sosial müəssisələrinin fəaliyyətinin davamlılığını gücləndirəcək.

Vitali Kliçko bildirib ki, generatorların alınması üçün vəsait Polşalı könüllülər tərəfindən toplanıb.

Onun sözlərinə görə, 10 gün ərzində 60 min Polşa vətəndaşı 80 milyon zlotı (təxminən 2 milyon avro) ianə edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər