Dünya
258
26 Jan 2026 | 22:48

"Hizbullah"ın baş katibi: İrana qarşı müharibə bütün regionda münaqişəni alovlandıracaq

"Hizbullah" ABŞ-nin İrana və onun rəhbərliyinə qarşı təhdidinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək.

Moderator.az xəbər verir ki, bu barədə hərəkatın baş katibi şeyx Naim Kasem bildirib.

"ABŞ-nin İrana qarşı hazırladığı təcavüzün qarşısında biz özümüzü müdafiə etməkdə qətiyyətliyik və münasib məqamda necə hərəkət edəcəyimizi seçəcəyik. "Hizbullah" ABŞ-nin hücumu halında neytral qalmayacaq", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və İsrail İranın mövcudluğunu qəbul etmək istəmirlər. "Hizbullah" lideri xəbərdarlıq edib ki, bu dəfə İrana qarşı müharibə bütün regionda münaqişəni alovlandıracaq.

Link kopyalandı!
Son xəbərlər