KİV: ABŞ İranın mümkün zərbələrindən qorunmaq üçün Yaxın Şərqə müdafiə sistemləri yerləşdirib
Dünya
199
26 Jan 2026 | 22:17

KİV: ABŞ İranın mümkün zərbələrindən qorunmaq üçün Yaxın Şərqə müdafiə sistemləri yerləşdirib

Vaşinqton İranın mümkün cavab zərbələrindən müttəfiqlərini və öz obyektlərini qorumaq məqsədilə Yaxın Şərqə müdafiə sistemləri yerləşdirib.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, avadanlığın bir hissəsi artıq regiona çatdırılıb.

Müdafiə sistemlərinin əsas partiyasının isə yaxın 1–2 həftə ərzində bölgəyə göndərilməsi gözlənilir.

Link kopyalandı!
Son xəbərlər