BƏƏ İrana qarşı zərbələr üçün ərazisinin istifadəsinə icazə verməyəcək
Dünya
142
21:00, Bu gün

BƏƏ İrana qarşı zərbələr üçün ərazisinin istifadəsinə icazə verməyəcək

BƏƏ İrana qarşı hər hansı hərbi əməliyyatlar üçün öz hava, quru və ya dəniz məkanının istifadəsinə icazə verməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

"BƏƏ-nin İran əleyhinə hər hansı hərbi əməliyyatlar üçün öz hava, quru və dəniz məkanının istifadə olunmasına yol verməməyə, həmçinin bu sahədə heç bir maddi-texniki dəstək göstərməməyə sadiqliyini təsdiqləyirik," - bəyanatda qeyd olunub.

XİN vurğulayıb ki, BƏƏ dialoq, gərginliyin azaldılması, beynəlxalq hüquqa riayət edilməsi və dövlət suverenliyinə hörmət edilməsi mövcud böhranların həlli üçün ən səmərəli əsaslardır.

Qeyd edilib ki, ölkə mübahisələrin yalnız diplomatik yollarla həllinə üstünlük verir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər