Rutte: 90 milyard avroluq kredit Ukraynanın təhlükəsizliyinə ciddi təsir göstərəcək
Dünya
248
20:57, Bu gün

Rutte: 90 milyard avroluq kredit Ukraynanın təhlükəsizliyinə ciddi təsir göstərəcək

NATO-nun baş katibi Mark Rutte Avropa İttifaqını Ukraynanın silah alışında 90 milyard avroluq kreditdən istifadəsinə məhdudiyyətlər qoymamağa çağırıb.

Moderator.az xəbər verir ki, Rutte bu barədə Avropa Parlamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sözügedən kredit Ukraynanın təhlükəsizliyinə və iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Baş katib vurğulayıb ki, bu vəsaitlərin istifadəsində çeviklik təmin olunmalıdır.

NATO baş katibi qeyd edib ki, Avropa hazırda öz müdafiə sənayesini gücləndirir və bu, mühüm əhəmiyyət daşıyır.

Rutte əlavə edib ki, Ukraynaya dəstəyin əsas prioriteti ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi olaraq qalmalıdır.

Onun sözlərinə görə, ABŞ-dan silah tədarükü olmadan Ukrayna “sözün əsl mənasında” mübarizəni davam etdirə bilməyəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər