ABŞ-də qar fırtınası: Azı 11 nəfər ölüb, 200 milyon insan zərər görüb
Dünya
237
18:19, Bu gün

ABŞ-də qar fırtınası: Azı 11 nəfər ölüb, 200 milyon insan zərər görüb

ABŞ-də qar fırtınası azı 11 nəfərin ölümünə səbəb olub.

Moderator.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, ötən həftəsonu ABŞ-də baş verən güclü qar fırtınası təxminən 200 milyon insana zərər vurub, bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 40 sm-ə çatıb.

Qeyd olunub ki, 900 mindən çox ev elektriksiz qalıb.

Hava şəraitinin kəskin pisləşməsi ABŞ-də nəqliyyatın hərəkətini də iflic edib. Təxminən 20 min uçuş ləğv edilib.

Məlumata görə, 23 ştatda fövqəladə vəziyyət elan edilib. ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl bildirib ki, ölkənin təcili yardım xidmətləri gözlənilən soyuqlara və qar fırtınalarına hazırdır.

Sinoptiklərin proqnozlarına görə, həftə ərzində ölkədə pis hava şəraiti davam edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər