Ermənistan məhkəməsi keşiş Qaregin Arsenyanla bağlı qərar verib
Dünya
137
17:40, Bu gün

Ermənistan məhkəməsi keşiş Qaregin Arsenyanla bağlı qərar verib

Ermənistan məhkəməsi keşiş Qaregin Arsenyanın ev dustaqlığını bir ay uzadıb.

Bu barədə Moderator.az Ermənistan KİV-ə istinadən məlumat verir.

Qeyd edək ki, daha əvvəl Aştarak Məhkəməsinin iclasında Erməni Apostol Kilsəsinin Araqatsotns yeparxiyası dəftərxanası rəhbərinin müdafiəsi oxşar vəsatətlə çıxış etmişdi.

Eyni zamanda, məhkəmə keşişə ailəsi və vəkilləri ilə ünsiyyət qurmağa, eləcə də yaşayış yerində ibadət xidmətlərində iştirak etməyə icazə verib. Məhkəmə həmçinin keşişə şəfaət qəbul etmək icazə verib.

Xatırladaq ki, dəftərxananın rəhbəri Qaregin Arsenyan və yeparxiyanın keşişi yepiskop Mkrtıç Proşyan 2025-ci ilin oktyabrında həbs ediliblər, daha sonra Arsenyan ev dustaqlığına buraxılıb. Onlara qarşı xüsusilə "Keşişləri mitinqlərdə iştiraka məcbur etmək" və "Əmlakın mənimsənilməsi" kimi ittihamlar irəli sürülüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər