Almaniyada səkkiz minə yaxın qaçqın itkin düşmüş hesab olunur
Dünya
128
17:20, Bu gün

Almaniyada səkkiz minə yaxın qaçqın itkin düşmüş hesab olunur

Almaniyada 8 minə yaxın qaçqın itkin düşmüş hesab olunur.

Moderator.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, müxtəlif ölkələrdən turist, mühacir və ya miqrant kimi gələrək ilkin qəbul mərkəzlərində qeydiyyata alınan 7 624 nəfərin izləri daha sonra yoxa çıxıb.

Bildirilir ki, qəbul mərkəzində yaşayan və müavinət alanlar qeydiyyatdan çıxmadan oradan kənarlaşa bilməzlər.

Əgər sakin iki-üç gün ərzində yoxdursa, o, itkin düşmüş hesab olunur.

Məlumata görə, yalnız bir neçə nəfər ilkin qəbul mərkəzinə qayıdıb.

İddia edilir ki, hazırda heç kim bu insanların harada olduğunu bilmir. Dövlət orqanları itkin düşmüş şəxsləri axtarmır, əksinə onları qeydiyyatdan çıxarır, müavinət almaq hüququndan məhrum edir və ödəniş kartlarını bloklayır.

Hakimiyyət orqanları şübhələnir ki, onların bir çoxu Almaniyada, xüsusən də qohumlarının yaşadığı böyük şəhərlərdə gizlənir. Qalanlarının isə digər Avropa Birliyi ölkələrinə və ya Böyük Britaniyaya üz tutduğu ehtimal olunur.

Xəbərdə qeyd olunur ki, bəzi qaçqınların öz ölkələrinə qayıtması da mümkündür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər