Serbiyada növbədənkənar parlament seçkisi keçiriləcək
Dünya
108
16:20, Bu gün

Serbiyada növbədənkənar parlament seçkisi keçiriləcək

"Serbiyada növbədənkənar parlament seçkisi 2026-cı ilin payızında keçiriləcək".

Moderator.az xəbər verir ki, bu barədə "Blic" telekanalına ölkənin Prezidenti Aleksandar Vuçiç məlumat verib.

"Bu il seçki olacaq. Düşünürəm ki, seçki payızda keçiriləcək. Daha çox ehtimal olunan variant budur", - deyə ölkə başçısı bildirib.

Onun sözlərinə görə, ölkədə prezident və parlament seçkilərinin birləşdirilməsi də istisna edilmir.

Qeyd edək ki, 2024-cü il noyabrın 1-də Novi Sad qatar stansiyasında fasadın uçması nəticəsində 16 nəfər həlak olub. Faciə geniş ictimaiyyətin etirazlarına yol açıb və iştirakçılar hakimiyyəti təhlükəsizlik nəzarətinin qeyri-kafi olmasında günahlandırıblar. Ötən il ölkə boyunca erkən parlament seçkisi tələbləri ilə müşayiət olunan etirazlar davam edib.

Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın prezidenti seçilib. O, 2022-ci ildə ikinci müddətə ölkə başçısı postuna yiyələnib. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatır. Vuçiç növbəti prezident seçkisində namizəd olmayacağını bəyan edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər