20:16
6°C
Bakı
İraqda prezident seçkisi 27 yanvar 2026-cı ildə parlamentdə keçiriləcək.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin sədri Heybət əl-Halbusi məlumat verib.
İraq prezidentliyinə namizədlərin son siyahısına 19 nəfər daxildir. Onların arasında öz namizədliyini təqdim edən İraqın hazırkı prezidenti Əbdül Lətif Rəşid və Kürdüstan Demokrat Partiyası tərəfindən dəstəklənən hazırkı xarici işlər naziri Fuad Hüseyn də var.
Qeyd edək ki, İraqda ölkə prezidenti parlamentdə millət vəkillərinin səsverməsi ilə seçilir.