Türkiyə Dəməşq aeroportuna hərbi məqsədlə radar sistemi qurulması iddialarını yalanlayıb
Dünya
174
17:10, Bu gün

Türkiyə Dəməşq aeroportuna hərbi məqsədlə radar sistemi qurulması iddialarını yalanlayıb

Rəsmi Ankara Türkiyənin hərbi əməliyyatlar məqsədilə Suriyanın Dəməşq Beynəlxalq Hava Limanına radar sistemi qurması iddialarını yalanlayıb.

Moderator.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Suriya tərəfinin tələbi ilə mülki uçuşların həyata keçirildiyi sözügedən aeroporta qurulan radar sistemi hava məkanına nəzarət imkanlarının və uçuş təhlükəsizliyinin gücləndirilməsini hədəfləyir.

"Ölkəmizin dost, qardaş və qonşu ölkələrlə əlaqələrini hədəfə alan spekulyasiyalara etibar edilməməsi xahiş olunur", - məlumatda bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər