Litvanın Ukraynaya göstərdiyi hərbi yardımın həcmi 1 milyard avronu keçib.
Moderator.az-ın məlumatına görə, bunu Baltikyanı respublikanın prezidenti Gitanas Nauseda bəyan edib.
"Litva Ukraynanın ən fəal müttəfiqlərindən biri olaraq qalır, ümumi hərbi yardımın məbləği 1 milyard avronu keçib", – Nausedanın sözlərini onun mətbuat xidməti yayıb.
Prezidentin sözlərinə görə, 2025-ci ildə bu dəstəyin həcmi Litvanın ümumi daxili məhsulunun (ÜDM) 0,28 %-ni təşkil edib. "Bu bizim öhdəliklərimizi aşır", – deyə Nauseda vurğulayıb.
Vilnüs 2024-cü ildə hər il Ukraynaya müdafiə və təhlükəsizlik ehtiyacları üçün milli ÜDM-in 0,25 %-ni ayırmağı öhdəsinə götürmüşdü ki, bu da təxminən 190 milyon avro təşkil edir.
Nauseda qeyd edib ki, Litva digər öhdəliklərini də yerinə yetirməyə davam edəcək.
"Beynəlxalq missiyalar çərçivəsində biz Ukraynaya sursat tədarükünü və beynəlxalq minatəmizləmə koalisiyasında iştirakımızı davam etdirəcəyik", – deyə o bildirib.