14:55
7°C
Bakı
Moldova əhalisinin əksəriyyəti ölkənin Rumıniyaya birləşməsinin əleyhinədir. Biz də buna hazır deyilik.
Moderator.az-ın məlumatına görə, bunu Rumıniya Prezidenti Nikuşor Dan moldovalı həmkarı Maya Sandunun sözügedən təklifinə cavab olaraq bildirib.
O qeyd edib ki, Moldovanın Rumıniyaya birləşməsi təklifi olduqca qeyri-realdır.
"Buna nə NATO, nə Rumıniya, nə də Moldova xalqının əksəriyyəti hazırdır, onlar həm də bunun əleyhinədir", - deyə o əlavə edib.