Çin qəzaya uğramış yük gəmisindəki 17 dənizçini Filippinə təhvil verib
Dünya
108
14:25, Bu gün

Çin qəzaya uğramış yük gəmisindəki 17 dənizçini Filippinə təhvil verib

Çin bazar günü Filippin nümayəndələrinə Huanqyan adası yaxınlığında çevrilən gəmidən xilas edilən 15 dənizçini, həmçinin həlak olan iki nəfərin cəsədini təhvil verib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Məlumata görə, ekipajın dörd üzvü hələ də itkin düşmüş sayılır.

Xatırladaq ki, 23 yanvarda Sinqapurda qeydiyyatdan keçmiş və Filippindən Çinə yola düşən quru yük gəmisi Cənubi Çin dənizində çevrilib. Gəminin göyərtəsində ümumilikdə 21 nəfər olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər