Pimblett UFC-dəki ilk məğlubiyyətindən sonra xəstəxanaya yerləşdirildi
Dünya
89
13:55, Bu gün

Pimblett UFC-dəki ilk məğlubiyyətindən sonra xəstəxanaya yerləşdirildi

Britaniyalı döyüşçü Peddi Pimblett Las-Veqasda keçirilən UFC-324 turnirinin əsas döyüşündəki məğlubiyyətdən sonra xəstəxanaya yerləşdirilib.

Moderator.az bu barədə gazeta.ru-ya istinadən xəbər verir.

UFC prezidenti Dana Uayt döyüşdən sonrakı mətbuat konfransında bildirib ki, təşkilatçılar beş raundluq qarşıdurma bitən kimi Pimbletti xəstəxanaya göndərmək qərarına gəliblər. Hazırda döyüşçünün vəziyyəti barədə məlumat verilmir.

Pimblett amerikalı Castin Qetjiyə hakimlərin yekdil qərarı ilə uduzaraq, UFC-dəki ilk məğlubiyyətini alıb. Döyüş zamanı britaniyalı çox sayda zərbə alıb, iki dəfə nokdauna düşüb və bir neçə dəfə döyüşün dayandırılmasına çox yaxın olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər