İsrail təhlükəsizlik kabineti Rəfah sərhəd keçid məntəqəsinin yenidən açılmasını müzakirə edir
Dünya
99
13:40, Bu gün

İsrail təhlükəsizlik kabineti Rəfah sərhəd keçid məntəqəsinin yenidən açılmasını müzakirə edir

İsrail təhlükəsizlik kabineti bu gün Qəzza ilə Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsinin yaxın gələcəkdə yenidən açılması ilə bağlı görüş keçirəcək.

Moderator.az xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.

Məlumata görə, bu məsələ beynəlxalq səylərin, xüsusilə ABŞ-ın təzyiqlərinin fonunda aktuallaşıb.

Qeyd edilir ki, ABŞ və digər vasitəçilər sərhəd keçidinin açılmasını sülh sazişinin ikinci mərhələsinin irəliləməsi üçün vacib addım hesab edirlər, lakin bir sıra israilli rəsmilər hələ də son girovun – Ran Qviliinin cəsədi geri qaytarılmayana qədər keçidin açılmasını istəmirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər